Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların ümumi sayı 236 nəfərə çatıb.
APA-nın “armenpress”ə istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağda koronavirusa 4 yeni yoluxma faktı qeydə alınıb.
İndiyədək xəstəlikdən sağalanların ümumi sayı 167 nəfərdir, 68 nəfərin isə müalicəsi davam edir.
Hazırda 119 nəfər karantindədir.