Bakının Üzeyir Hacıbəyov və Zərifə Əliyeva küçələri, həmçinin Neftçilər prospektinin Cavanşir körpüsündən Azneft dairəsinədək olan istiqamətində bu gün axşam saat 23:00-dan səhər saat 06:00-dək üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri aparılacaq.
Bu barədə APA-ya AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib,
“Bu səbəbdən sürücülərdən qeyd olunan saatlarda sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, - deyə məlumatda qeyd olunub.