Bu il qanunsuz balıq ovuna görə saxlanılanların sayı açıqlanıb

Bu il qanunsuz balıq ovuna görə saxlanılanların sayı açıqlanıb
# 13 aprel 2021 16:30 (UTC +04:00)

“Bu ilin 3 ayında balıq və subbioresurslarının qanunsuz ovuna 59 akt və 46 inzibati protokol tərtib olunub”.

APA-nın məlumatına görə, bunu “Ekspert saatı”nda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov deyib.

O bildirib ki, 33 700 manat cərimə tətbiq olunub: “Təbiəyə dəymiş ziyanın 13 931 manat təşkil edir. 7 iş üzrə tədbir görülməsi üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına təqdim olunub. Reydlər zamanı Xəzər dənizində və ölkənin daxili su hövzələrində 16 qayıq, 111 sintetik tor, 22 ventor və müxtəlif ov məhsulları aşkar edilib”.

B. Məhəmədov deyib ki, Xəzər dənizində qanunsuz ova görə, ümumilikdə 30 nəfər saxlanııb: “Həmin şəxlsərə 21 manat cərimə tətbiq olunub. 6477 manat iddia qaldırılıb. 2 iş isə hüquq mühafizə orqanlarına göndərilib. Nəzarət tədbiləri zamanı 61 sintetik tor aşkar edilib. Kür çayında isə 3 nəfər saxlanılıb və 1100 manat məbləğində iddia qaldıırlıb. Nəzarət tədbirləri zamanı 6 qayıq, 1 elektrik cərəyanı aparatı, 1 sintetik tor və digər ov alətləri aşkar edilərək maddi sübut kimi götürülüb".

Onun sözlərinə görə, Mingəçevir Su Anbarında qanunsuz balıq ovuna görə 9 nəfər saxlanılıb, 3 nəfər ümumilikdə 3 422 manat cərimə tətbiq olunub: "1426 manat məbləğində iddia qaldırılıb. Nəzarət tədbirləri zamanı 7 sintetik tor, 72 balıq maddi sübut kimi götürülüb. Digər qapalı su hövzlərində də tədbirlər davam etdirilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR