Buraxılış imtahanları üzrə yeni onlayn sınaq imtahanları keçirilir

Buraxılış imtahanları üzrə yeni onlayn sınaq imtahanları keçirilir
# 26 fevral 2020 10:49 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi otk.az portalı vasitəsilə yeni onlayn sınaq imtahanları keçirir.

Mərkəzdən APA-ya verilən məlumata görə, otk.az portalında qeydiyyatdan keçib onlayn buraxılış imtahanlarına yazılmaq və günün istənilən vaxtı imtahan vermək olar. Portalda aşağıdakı yeni onlayn sınaq imtahanlarına yazılmaq mümkündür:

- IX sinif buraxılış imtahanı (I və II mərhələ);

- IX sinif rus bölməsi üçün Azərbaycan dili imtahanı;

- XI sinif buraxılış imtahanı (qəbul imtahanının 1-ci mərhələsi);

- XI sinif rus bölməsi üçün Azərbaycan dili imtahanı.

- XI sinif tədrisi ingilis dilində olan məktəb məzunları üçün Azərbaycan dili imtahanı.

Onlayn sınaq imtahanda iştirak etmək şagirdlərə imtahandan dərhal sonra nəticələrini əldə etmək, imtahan suallarına yenidən baxmaq, onları təhlil etmək və hazırlıq səviyyələrini yoxlamağa imkan verir.

Buraxılış imtahanları Azərbaycan və rus bölmələri üçün nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR