Dekabrın 25-də İsmayıllı rayonunda zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkan yerli vaxtla saat 17:14-də Xınalıq stansiyasından 16 km cənubda İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.
Zəlzələnin maqnitudası 3.1, dərinliyi 31 km olub.
Zəlzələ hiss olunmayıb.