10 iyul 2020-ci ildə 10,11,18 və ya 19 iyunda keçirilmiş imtahanlarda iştirak edə bilməyən cari ilin məzunları (9-cu sinif) üçün buraxılış (qəbul) imtahanları və 9-11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili imtahanlarının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, bu imtahanlarda 130 nəfərin iştirakı nəzərdə tutulurdu. Onlardan 28 nəfər imtahana gəlməyib.