Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş Cəbrayıl rayonuna mediatur zamanı 800 yaşı olan Şərq çinarını ziyarət ediblər.
APA-nın Cəbrayıla ezam olunmuş müxbirinin verdiyi məlumata görə, jurnalistlər rayonun Böyük Mərcanlı, Əmirvarlı kəndlərində məhv edilmiş yaşıllıq sahələrinə baxış keçirib, erməni vandallarının törətdikləri vəhşiliklərin şahidi olublar.