Bank Of Baku

ADY rəsmisi: Bakı-Balakən marşrutunun bərpası üçün ADY 6 aydan çox hazırlıq işləri görüb

ADY rəsmisi: Bakı-Balakən marşrutunun bərpası üçün ADY 6 aydan çox hazırlıq işləri görüb
# 04 yanvar 2025 00:49 (UTC +04:00)

“Bildiyiniz kimi, COVİD19 pandemiyası başladığı dövrdə ölkə ərazisində yataq tipli qatarların fəaliyyəti dayandırılmışdı. Uzun fasilədən sonra ilk olaraq Bakı-Balakən marşrutu üzrə yataq tipli qatarların fəaliyyəti bərpa olunur. Marşrutun uzunluğu 456 km-dir. Başlanğıc və son dayanacaq nəzərə alınmaqla 11 stansiya və dayanacaqdan ibarətdir. Qatarlar hər gün həm Bakıdan, həm də Balakəndən əks istiqamətdə fəaliyyətdə olacaqlar”.

Bunu APA-ya açıqlamasında “Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

O qeyd edib ki, bu marşrutun bərpa olunması üçün “Azərbaycan Dəmir Yolları QSC 6 aydan çoxdur ki, hazırlıq işləri görüb:

Bura yol infrastrukturunun təmiri və sağlamlaşdırılması, marşrut üzrə dayanacaqların təmiri, həmçinin vaqon parkının texniki təmiri aiddir. Bu marşrutunun bərpa olunması üçün “Azərbaycan Dəmir Yolları QSC 100-dən artıq iş yeri açmışdır. Həmin vəzifələr üzrə işçilər artıq işə götürülüb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR