Ağcabədidə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan sürücü həbs edilib - VİDEO

Ağcabədidə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan sürücü həbs edilib - VİDEO
# 25 may 2024 14:54 (UTC +04:00)

Ağcabədidə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan sürücü həbs edilib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində "Vaz" markalı avtomobillə yol-hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən və görüntülərini sosial şəbəkədə yayan sürücü Sənan Rəhimovu saxlayıblar.

Onun barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən S.Rəhimovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR