Bank Of Baku

Ağdərə sakini: Bu gündən yurdumuzda daha xoşbəxt günlərimiz başlayır

Ağdərə sakini: Bu gündən yurdumuzda daha xoşbəxt günlərimiz başlayır
# 03 mart 2025 16:07 (UTC +04:00)

"Doğma Ağdərədən köç edəndə 5 yaşım var idi. Bu gün yenidən rayonumuza qayıtmağın qürurunu yaşayıram. Bunu sözlərlə ifadə edə bilmirəm. Artıq bu gündən yurdumuzda daha xoşbəxt günlərimiz başlayır".

Bunu APA-ya bu gün Ağdərənin Həsənriz kəndinə köçən sakin Kəmalə Həsənova bildirib.

O, həmçinin əlavə edib ki, doğma kəndində yaşaya bilmədiyi uşaqlıq sevincini övladlarına yaşadacaq: "Mən uşaqlığımı Qarabağda yaşaya bilməsəm də, övladlarım burada böyüyəcəklər. İndiyə qədər yataqxanada məskunlaşmışdıq, artıq bundan sonra öz evimizdə yaşayacağıq. Buna görə, Prezidentimizə təşəkkür edirəm. Allahdan şəhidlərimizə rəhmət diləyir, qazilərə can sağlığı arzu edirəm. Şəhid analarının əllərindən öpürəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR