Bank Of Baku

Agentlik məktəblərdə metal axtaran cihazların tətbiqi məsələsinə münasibət bildirib

Agentlik məktəblərdə metal axtaran cihazların tətbiqi məsələsinə münasibət bildirib
# 29 oktyabr 2024 13:22 (UTC +04:00)

"Məktəblərdə hüquq-mühafizə orqanları ilə birlikdə yuxarı sinif şagirdləri və valideynlərlə mütəmadi görüşlər keçirilir".

APA xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 1 illik fəaliyyətinə dair keçirilən "Hesabat Brifinqi" zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, məqsəd məktəblilərin cinayət əməllərindən uzaqlaşdırılmasıdır: "Xüsusən də, oğlanlar arasında görüşlərin keçirilməsinə əhəmiyyət veririk. Amma məktəblərdə üstündə soyuq silah gəzdirən şagirdləri aşkarlamaq üçün metal detektorları almaq kimi bir plan yoxdur", - deyə o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR