Bank Of Baku

Ağstafada minik avtomobili aşıb, xəsarət alan var

Ağstafada minik avtomobili aşıb, xəsarət alan var
# 22 dekabr 2024 09:07 (UTC +04:00)

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Qazax rayon sakini 70 yaşlı R.Mehrəliyev idarə etdiyi avtomobil ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR