Məişət xarakterli zorakılıq əməllərinin qarşısının vaxtında alınması və operativ tədbirlərin görülməsində Daxili işlər Nazirliyinin “102” Xidməti-zəng mərkəzinin, elektron poçt ünvanının, Dövlət Komitəsinin 860 nömrəli və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 116, 123 nömrəli qaynar xətlərinin mühüm rolu olub.
APA xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.
Ailə münaqişəsi zəminində daxil olmuş məlumatlar üzrə görülən operativ сavab tədbirləri ilə 10587 (on min beş yüz səksən yeddi) hüquqa zidd əməlin qarşısı alınıb.