“Coğrafi baxımdan Amnistiya Aktı ən çox Bakı şəhərində tətbiq edilir”.
APA-nın xəbərinə görə, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icra vəziyyətinə dair brifinqdə deyib.
O qeyd edib ki, cəzaçəkmə müəssisələrinin böyük əksəriyyəti Bakıda yerləşir: “Amnistiya Aktının təxminən 58 %-i sırf Bakıda tətbiq olunub. Ən çox amnistiyanı tətbiq edən müəssisələr Bakı şəhər probasiya idarəsindədir”.