Bank Of Baku

Avqust ayında 70 aptekdə yoxlama keçirilib, 19-da nöqsan aşkarlanıb

Avqust ayında 70 aptekdə yoxlama keçirilib, 19-da nöqsan aşkarlanıb
# 03 sentyabr 2026 16:16 (UTC +04:00)

2026-ci ilin avqust ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 70 aptekdə yoxlama həyata keçirilib.

AEM-dən APA-ya verilən məlumata görə, bu yoxlamalardan 48-i Bakı şəhərində, 22-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Bildirilib ki, yoxlamaların 51-i planlı, 16- sı plandankənar və 3 yoxlamadan kənar olmuşdur.

Aparılmış yoxlamalar nəticəsində 19 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb, bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 215.4, 221.1, 452.1 və 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR