Bank Of Baku

Avropa Azərbaycan Məktəbi Zəfər Gününə həsr olunmuş fləşmob keçirib - VİDEO

Avropa Azərbaycan Məktəbi Zəfər Gününə həsr olunmuş fləşmob keçirib - VİDEO
# 07 noyabr 2024 12:53 (UTC +04:00)

Avropa Azərbaycan Məktəbi 8 Noyabr – Zəfər Gününə həsr olunmuş fləşmob keçirib.

Məktəbdən APA-ya verilən xəbərə görə, tədbir zamanı məktəbdə təhsil alan şəhid övladları öz diləklərini ifadə edərək bir daha müharibələrin baş verməməsi və dinc bir dünyada yaşamaq arzularını çatdırıblar. Məktəbin şagirdləri “ZƏFƏR GÜNÜ” sözlərini əks etdirən forma yaradıblar.

Məktəbin direktoru və kollektivi Azərbaycan bayrağı ilə irəliləyərək bu yazını tamamlayıb, bu tarixi günün əhəmiyyətini vurğulayıb. Şagirdlər və məktəb heyəti, bütün dünyaya sülh, əmin-amanlıq, tərəqqi və rifah arzusu ilə dolu bir mesaj veriblər.


Bu fləşmob video layihəsi Zəfər Gününün Azərbaycan xalqı üçün daşıdığı mənanı əks etdirərək, həm milli qüruru, həm də gələcək nəsillərə olan ümidləri ifadə edir. Avropa Azərbaycan Məktəbinin çəkdiyi bu video, həmçinin dünyada davamlı sülhün və sabitliyin təmin olunması arzusu ilə bütün insanlara rifah dolu bir həyatın mümkünlüyünü xatırladır.

Zəfər Günümüz mübarək olsun!

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR