Bank Of Baku

Avropa Azərbaycan Məktəbində beynəlxalq konfrans keçirilib - FOTO

Avropa Azərbaycan Məktəbində beynəlxalq konfrans keçirilib  - FOTO
# 15 dekabr 2022 12:32 (UTC +04:00)

9 -11 dekabr 2022-ci il tarixində Avropa Azərbaycan Məktəbində “Təcrübə Əsaslı Öyrənmə” adlı ikinci beynəlxalq konfrans təşkil edilib.

APA xəbər verir ki, ilk dəfə 10-12 Dekabr 2021-ci ildə təşkil olunan konfrans, pandemiya məhdudiyyətləri səbəbindən uzun müddət təhsilə dair fikir mübadiləsi və müzakirələr üçün bir araya gələ bilməyən təhsil ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.

Konfransın sonunda Avropa Azərbaycan Məktəbi, Tbilisi Avropa Məktəbi (Gürcüstan) və Nazarbayev İntellektual Məktəbinin (Qazaxıstan) iştirakı ilə Qafqaz və Mərkəzi Asiya üzrə İB Dünya Məktəbləri Assossiasiyası təsis edilib.

Assossiasiyanın əsas məqsədi qeyd olunan regionda fəaliyyət göstərən İB məktəbləri arasında qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi və təhsil imkanlarını genişləndirməkdən ibarətdir.

Bir il ərzində Assossiasiya üzvlərinin sayı artaraq 17-yə çatıb.

İkinci “Təcrübə Əsaslı Öyrənmə” Konfransında dünyanın müxtəlif ölkəsindən 60 aparıcı məruzəçi və 700 insan iştirak edib. Ölkəmizlə yanaşı, Türkiyə, İtaliya, Amerika, Niderland, Yaponiya, Avstriya, Gürcüstan, Qazaxıstan, Özbəkistan kimi ölkələrdən cəlb olunan aparıcı məruzəçilər, məruzəçilər və iştirakçılar təhsil prosesinə dair müxtəlif mövzular, yanaşmalar, imkanlar haqqında fikir və təcrübə mübadiləsi aparmaq üçün Bakıda keçirilən konfransda görüşüblər.

9 dekabrda konfransın açılış mərasimi baş tutub. Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankini çıxış edərək qonaqları salamladı və onlara konfransda uğurlar arzu etdi. Daha sonra aparıcı məruzəçilər qonaqlara təqdim edilib.

Aparıcı məruzəçilər və qonaqlar - Vedrana Pavletic (İB Təşkilatının Afrika, Avropa və orta Şərq üzrə Baş İnkişaf Meneceri), Ceyms Haç (K-12 Seisen Beynəlxalq Məktəbində Qlobal Düşüncə və Mədəniyyətlərarası Bacarıqlar üzrə Koordinator, Tokyo), Gulnara Salmen (Qafqaz və Mərkəzi Asiya üzrə İB Dünya Məktəbləri Assossiasiyasının Təsisçisi və Regional Nümayəndəsi), Sopio Basazde (Tbilisi Avropa Məktəbinin Direktoru), Sabircan Saduakassov (Nazarbayev İntellektual Məktəbinin Direktoru) çıxış edərək konfransın məqsədi və əhəmiyyəti ilə bağlı təəssürat və düşüncələrini bölüşüblər.

İB Proqramının Rəhbəri Olli-Pekka Heinonen, Santa Fe Monte Del Sol Məktəbinin Təsis Şurasının sədri, Təhsil Lideri Qari Qruber, Uşaqların Müdafiəsi üzrə Beynəlxalq İşçi Qrupunun sədri və Müstəqil Məktəb Akkreditasiyasını İnkişaf etdirən Beynəlxalq Komissiyanın (ICAISA) Direktorlar Şurasının sədri Jane Larsson və ECİS İcraçı Direktoru Kam Çohan canlı bağlantı vasitəsilə iştirakçılar üçün maraqlı təqdimatlar ediblər.

Daha sonra “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadəyə söz verilib. Kəmalə Ağazadə öz növbəsində konfransa işində uğurlar arzu etdi və konfrans müdddətində Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzi uşaqlarının əl işlərindən ibarət nümunələrin satışını təşkil edərək xeyriyyə işinə dəstək verdiyi üçün cənab Bankiniyə minnətdarlığını ifadə edib.

Növbəti iki gün sessiyalarla davam edən konfransda beynəlxalq və yerli təhsil mütəxəssiləri, təhsil işçiləri və müəllimlər təhsil müstəvisində müxəlif mövzular ətrafında sessiyalar, qrup işləri və dəyirmi masa müzakirələrinə cəlb olunaraq qarşılıqlı təcrübə mübadiləsi aparıblar.

“Təcrübə Əsaslı Öyrənmə Konfransı 2022” bütün iştirakçılar, xüsusən də peşəkar fəaliyyətinin başlanğıcında olan gənc müəllimlər üçün böyük təcrübə və öyrənmə platforması idi. Yüzlərlə müəllim peşəkar professorlardan, ömrünü təhsilə həsr etmiş peşəkarlardan bir sıra təcrübə öyrəndilər, yeni bilik və bacarıqlar əldə ediblər.

11 dekabrda məhsuldar sessiyalardan sonra təşkil olunmuş bağlanış mərasimi ilə konfrans öz işini uğurla yekunlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR