Bank Of Baku

Avropa Azərbaycan Məktəbində “Gənc Ruhlar, İnnovativ İdeyalar” adlı Tələbə Konvensiyası keçirilib - FOTO

Avropa Azərbaycan Məktəbində “Gənc Ruhlar, İnnovativ İdeyalar” adlı Tələbə Konvensiyası

© APA | Avropa Azərbaycan Məktəbində “Gənc Ruhlar, İnnovativ İdeyalar” adlı Tələbə Konvensiyası

# 03 iyun 2022 10:14 (UTC +04:00)

Avropa Azərbaycan Məktəbinin (AAM) Orta Təhsil pilləsində “Gənc Ruhlar, İnnovativ İdeyalar” adlı Tələbə Konvensiyası keçirilib.

AAM-dən APA-ya verilən məlumata görə, tədbir iyunun 1-də AAM-ın Şagird Şurası və Şagirdlərlə İş üzrə Ofisi tərəfindən təşkil olunub.

Tədbirin məqsədi gənclər və uşaqlar üçün maraqlı və vacib olan məsələlərlə bağlı fikirlərini həmyaşıdları ilə bölüşmək imkanı yaratmaq olub.

Tədbirdə şagirdlər öz tədqiqatlarını təqdim etmək və həmyaşıdları ilə geniş müzakirələr aparmaq şansı əldə ediblər.

Avropa Azərbaycan Məktəbi, ADA Məktəbi və Bakı Oksford Məktəbinin şagirdləri natiqlik və tədqiqat bacarıqlarını uğurla nümayiş etdiriblər.

“Bu, şagird səsinin gözəl nümunəsi idi. Biz şagirdlərimizlə çox fəxr edirik”, - deyə AAM-dən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR