Telekommunikasiya operatoru və provayderləri üçün yeni vəzifə müəyyənləşir.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılan "Telekommunikasiya haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, telekommunikasiya operatoru və provayderlərinin vəzifələri sırasına telekommunikasiya xidmətləri vasitəsi ilə qumar oyunlarının təşkili və keçirilməsinin, qumar oyunlarında iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüququnun) satışının təşkili və ya satışı, həmçinin qumar oyunlarında iştirakın, o cümlədən ölkə ərazisindən xarici lotereya təşkilatçılarının və idman mərc oyunları operatorlarının, habelə onların satıcılarının virtual mühitə çıxışlarının qarşısının alınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada tədbirlər görmək daxil edilir.
Layihə birinci oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.
Azərbaycan ərazisindən xarici idman mərc oyunları satıcılarının virtual mühitə çıxışının qarşısı alınacaq
20 dekabr 2021 16:59 (UTC +04:00)
Sosial
Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib
17:46
3 may 2024
Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslərə elektron qaydada pensiya təyin olunacaq
17:30
3 may 2024
Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq
17:28
3 may 2024
Qeydiyyata alınmadan tütün məmulatları istehsal edənlər cərimələnəcək
16:40
3 may 2024