Bank Of Baku

Azərbaycan üzrə bütün xəstəxanalarda onlayn növbə sistemi təşkil ediləcək

Azərbaycan üzrə bütün xəstəxanalarda onlayn növbə sistemi təşkil ediləcək
# 12 dekabr 2024 16:01 (UTC +04:00)

"Artıq Bakı və regionlardakı bəzi xəstəxanalarda onlayn növbə sistemi təşkil edilib".

APA xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Qısa müddətdə bütün ölkə üzrə xəstəxanalarda onlayn növbə sistemi təşkil ediləcək", - deyə o qeyd edib.

Ölkə üzrə epidemioloji vəziyyətlə bağlı sualı cavablandıran Vüqar Qurbanov deyib ki, tibb müəssisələrində epidemioloji vəziyyətlə bağlı təcili tibbi xidmətə müraciətlərdə kəskin artım yoxdur:

"Hazırda kəskin respirator xəstəliklərin yayılması müşahidə olunsa da, xəstəxanalara müraciət sayı normal səviyyədədir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR