Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 13 noyabr 2021 18:36 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40 504 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 469, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9400, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 635 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 062 192, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 018 158, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 473 436, buster doza üzrə vaksinasiya olunanların sayı isə 570 598 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR