Azərbaycanda iqlim dəyişmələri üzrə Milli məlumat bazası yaradılacaq

Azərbaycanda iqlim dəyişmələri üzrə Milli məlumat bazası yaradılacaq
# 22 iyul 2022 13:22 (UTC +04:00)

Azərbaycanda iqlim dəyişmələri üzrə Milli məlumat bazası yaradılacaq.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb.

Sənəddə bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) müvafiq qurumlarla birlikdə 2026-cı ilədək iqlim dəyişmələri üzrə Milli məlumat bazasının istifadəyə verilməsini təmin etməlidir.

Nazirliyə 2022-2024-cü illər ərzində “Aşağıkarbonlu inkişaf üzrə Dövlət Proqramı”nın hazırlanması da tapşırılıb.

ETSN eyni zamanda 2022-2026-cı illər ərzində İqlim dəyişmələrinin təsirlərinə daha həssas sektorlar üzrə Milli Adaptasiya Planının hazırlanmasını və İqlim dəyişmələrinə həssas sektorlar üzrə Milli Adaptasiya Planının təsdiq olunmuş mərhələlərinə uyğun icrasını təmin etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR