Şirvanda QİÇS infeksiyasına yoluxma daha çoxdur.
APA xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.
Onun sözlərinə görə, Astara, Lənkəran, Hacıqabul Sumqayıtda da bu virusa yoluxma yüksəkdir:
"Bu göstərici infeksiyanın hər 10 min nəfərə görə neçə nəfərdə özünü göstərməsinə görə qeydə alınıb".
Mərkəz direktoru ölkəmizdən kənarda baş verən yoluxma hallarına da diqqət çəkib:
"Bu il ərzində Rusiyada 2102 (təkcə dekabr ayında 107), Türkiyədə 169 (təkcə dekabr ayında 23), Ukraynada isə 194 (təkcə dekabr ayında 12) yoluxma qeydə alınıb", o deyib.