Bank Of Baku

Azərbaycanın bu ərazilərində leysan xarakterli yağış intensiv olub – FAKTİKİ HAVA

Azərbaycanın bu ərazilərində leysan xarakterli yağış intensiv olub – FAKTİKİ HAVA
# 16 oktyabr 2022 18:26 (UTC +04:00)

Oktyabrın 16-da ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, Balakən-Şəki zonasının bəzi yerlərində leysan xarakterli intensiv olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, düşən yağışın miqdarı: Şəkidə 43.0 mm, Qaxda 27.0 mm, Zaqatalada 19.0 mm, Şahdağ, Xaçmaz, Qusarda 8.0 mm, Yardımlıda 7.0 mm, Qubada 6.0 mm, Xaltan, Şəmkir, Astara, Lerik, Qrız, Oğuz, Gəncə, Tovuz, Qobustan, Altıağac, Şabran, Bərdə, Yevlax, Göyçay, Beyləqan, Kürdəmir, Neftçala, Mingəçevir, Biləsuvar, Göytəpə, Daşkəsəndə 1.0-5.0 mm-dək olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR