“Abonentlərdən istilik pullarının yığılmasında ciddi çətinlik yoxdur”.
APA xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.
Onun sözlərinə görə, istehlakçıların 90 faizdən çoxundan ödəmələr yığılıb:
“Sadəcə qaçqın şəhərciklərində məskunlaşan abonentlərimizin ödəmə səviyyəsində müəyyən çətinliklər olur. Onlarla da maarifləndirmə işləri aparırıq ki, vaxtında ödənişlərini həyata keçirsinlər.