"Televiziyamızın kadr strukturunda da hər hansı dəyişiklik baş verməyib, əməkdaşlarımızın hər biri öz işinin başındadır".
Bu barədə APA-ya Azərbaycan Televiziyasının (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva məlumat verib.
Onun sözlərinə görə, bu gün bəzi saytlarda AzTV-də kadr dəyişikliyi ilə bağlı xəbər yayılıb: "Həmin informasiyalarda məsul şəxslərin adları çəkilir və onların AzTV-dəki işindən azad olunduğu və ya yerdəyişmələr edildiyi bildirilir. Bu məlumatların heç bir əsası yoxdur.
Bir daha bildiririk ki, hər hansı məlumatı dəqiqləşdirmədən, TV-nin mövqeyini öyrənmədən yalan və əsassız materialları ictimaiyyətə ötürmək “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanunla zidiyyət təşkil edir. Eyni zamanda, əsassız məlumatlar yaymaq məsuliyyətsizliklə yanaşı, oxuculara hörmət etməməkdir".