Bank Of Baku

Badamdarda yolun yuxarı hissəsində süxur kütlələrindən 6.5 metr uzunluğunda hissə qırılıb

Badamdarda yolun yuxarı hissəsində süxur kütlələrindən 6.5 metr uzunluğunda hissə qırılıb
# 29 oktyabr 2024 11:47 (UTC +04:00)

Badamdar qəsəbəsi ərazisində, Bakı Kənar Dairəvi avtomobil yolunun sol tərəfindəki yamacın yuxarı hissəsində mövcud karniz şəkilli süxur kütlələrindən 6.5 metr uzunluğunda bir hissə qırılıb.

APA xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev deyib.

O bildirib ki, bu, sürüşmə prosesi olmasa da, ekzogen-geoloji prosesin bir növüdür. Hazırda aidiyyəti qurumlar tərəfindən qırılan süxur kütləsinin götürülməsi istiqamətində müvafiq tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR