Məktəbəqədər təhsil müəssisələrinə direktorların təyin edilməsi ilə bağlı qiymətləndirmə çərçivəsi hazırlanır.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin Ümumtəhsil şöbəsinin məktəbəqədər təhsil sektorunun müdiri İlahə Rəsulova deyib.
Onun sözlərinə görə, bununla bağlı ictimaiyyətə məlumat veriləcək.