Mayın 31-dən Bakı metropoliteni sərnişindaşıma fəaliyyətini bərpa edir.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində bildirib.
O qeyd edib ki, Bakı metropolitenində dezinfeksiya tədbirləri görülməli, sərnişinlər tibbi maskadan istifadə etməli və sosial məsafəni gözləməlidirlər.