Bank Of Baku

Bakı metrosunda qatarların hərəkətində yubanma yaranıb

Bakı metrosunda qatarların hərəkətində yubanma yaranıb
# 28 oktyabr 2024 08:10 (UTC +04:00)

Bakı Metropoliteninin "Azadlıq prospekti" stansiyasında vaqon qapılarına baxış keçirilməsi zərurəti yaranıb.

APA xəbər verir ki, maşinist problem müəyyən etməsə də, təkrar baxış zərurətinə görə, qatar sərnişinsiz "Memar Əcəmi" stansiyasına yola salınıb.

Dərhal əvəzinə qatar verilib. Nəticədə, "28 May" stansiyasına qədər intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb.

Vaqon qapılarında problem olmadığından, qatar hərəkət qrafikinə uyğun xəttə qaytarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR