Bank Of Baku

Bakı-Sumqayıt qatarlarının fəaliyyəti bərpa olunub - VİDEO - YENİLƏNİB

Bakı-Sumqayıt qatarlarının fəaliyyəti bərpa olunub - VİDEO  - YENİLƏNİB
# 07 mart 2025 20:55 (UTC +04:00)

Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarların normal fəaliyyəti artıq bərpa olunub.

APA xəbər verir ki, bu haqda Azərbaycan Dəmir Yolları QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev məlumat verib.

***

19:16

Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarlar gecikir.

APA xəbər verir ki, Bakı-Sumqayıt istiqamətində hərəkət edən 18:25, 18:35, 18:50 sürət qatarlarının heç biri gəlməyib, sərnişinlər stansiyada qalıb.

ADY-nin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, səbəb Bakı-Sumqayıt-Pirşağı qatarında yaranan texniki nasazlıqdır.
“Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən qatarların birində texniki nasazlıq yaranıb.

Bir qatar dayananda pik saatlarında digər qatarların da hərəkətinə təsir edir", - məlumatda qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR