Bakıda 3 məktəb direktoru barəsində intizam tənbeh tədbiri görülüb

Bakıda 3 məktəb direktoru barəsində intizam tənbeh tədbiri görülüb
# 25 aprel 2024 12:08 (UTC +04:00)

Bakının 3 məktəbində nöqsanlar aşkar olunub.

APA xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin paytaxtdakı ümumi təhsil müəssisələrində apardığı monitorinqlər nəticəsində məktəb idarəetməsi, təlim-tərbiyə işinin təşkili, tədris-pedaqoji və təsərrüfat fəaliyyəti istiqamətində nöqsanlar aşkar olunub, MÜTDA-nın əmri ilə Bakı şəhəri 39, 153 və 182 nömrəli tam orta məktəblərin direktorları barəsində intizam tənbeh tədbiri görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR