“Bu günə kimi Bakı şəhərində 3 min ədəd şam ağacı götürülərək utilizasiya edilib”.
APA xəbər verir ki, bunu Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin şöbə müdiri Şaiq Vəliyev bildirib.
Onun sözlərinə görə, aidiyyəti qurumlarla birgə paytaxtın bütün rayonlarında genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə başlanılıb: “Bununla bağlı xəstə, qurumuş, utilizasiya ediləcək ağacların siyahısı hazırlanır və mərhələli şəkildə bu işlər tərəfimizdən həyata keçirilir. Utilizasiya edilən ağacların yeri dezinfeksiya edildikdən sonra mövsüm ərzində burada yeni ağaclar əkiləcək. Bu günə kimi artıq Bakı şəhərində 3 min ədəd şam ağacı götürülərək utilizasiya edilib”.
Aysel Şahmar