Bakının 79 və 185 nömrəli tam orta məktəblərində əyani dərslər bərpa edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən məlumata görə, hər 2 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.
Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.