Bank Of Baku

Bakıda müəllimlərin qapını bağlayaraq şagirdləri məktəbdə qoyub getdiyi barədə xəbərlərə aydınlıq gətirilib

Bakıda müəllimlərin qapını bağlayaraq şagirdləri məktəbdə qoyub getdiyi barədə xəbərlərə aydınlıq gətirilib
# 29 oktyabr 2024 13:42 (UTC +04:00)

Yeni Suraxanı qəsəbəsindəki 89 saylı məktəbdə müəllimlərin məktəbi bağlayıb, şagirdləri içəridə qoyub getdiyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib.

Məktəbdən APA-nın sorğusana cavab olaraq bildirilib ki, oktyabrın 28-də ikinci növbənin dərsləri saat 18:50-də başa çatıb və birinci giriş qapısı gözətçi tərəfindən saat 19:15-də bağlanıb:

"Məktəbdə birgə fəaliyyət çərçivəsində saat 19:00-21:00 aralığında voleybol məşğələsi keçirildiyinə görə həmin müddət ərzində digər giriş qapısı açıq saxlanılır. Hər gün bütün şagirdlər evə yola salındıqdan sonra təlim-tərbiyə işləri üzrə direktor müavini məktəbi tərk edir".


"Məktəbdə tədrisin təşkili və uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır", - deyə məlumatda qeyd edilib

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR