Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Bakı şəhərində növbəti dəfə Gələcəyin Peşələri Sammiti keçirilib.
APA xəbər verir ki, “Gələcəyə tərəf” devizi ilə keçirilən Sammit gələcəyin peşə və bacarıqlarına dair strateji istiqamətlərin müəyyənləşdirilməsi, əmək bazarının yeni çağırışlarının dəyərləndirilməsi, eləcə də dövlət, özəl sektor və təhsil müəssisələri arasında əməkdaşlıq və təcrübə mübadiləsinin təşviqi üçün vahid platforma rolunu oynayıb.
Sammitin əsas məqsədi əmək bazarının dəyişən tələblərinə uyğun bacarıqların inkişafına və mütəxəssislərin yeni çağırışlara adaptasiyasına dəstək göstərmək, insan kapitalının inkişafında beynəlxalq təcrübə və innovativ yanaşmaların tətbiqini təşviq etmək olub.
Tədbirin açılışında çıxış edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov texnoloji yeniliklərin, süni intellektin və rəqəmsallaşmanın əmək bazarına sürətlə inteqrasiya etdiyini, peşələrin məzmununu və işəgötürənlərin tələblərini dəyişdirdiyini bildirib. O, diqqətə çatdırıb ki, bu dəyişikliklərə yalnız uyğunlaşmaq deyil, gələcək tendensiyaları əvvəlcədən müəyyənləşdirmək və onlara hazırlaşmaq da vacibdir:
"Texnologiyanın inkişafı insan amilinin rolunu azaltmır. Əksinə, insan potensialının texnoloji imkanlarla birləşdirilməsi gələcəyin əsas rəqabət üstünlüklərindən biridir. Bu baxımdan insan kapitalına investisiya, ömürboyu öyrənmə, davamlı ixtisasartırma və təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması xüsusi əhəmiyyət daşıyır".
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov süni intellekt dövründə insan kapitalının inkişafından bəhs edərək, süni intellektin gələcəyi ilə bağlı aparılmış tədqiqatlara dair məlumat verib. Əmək bazarı iştirakçılarının süni intellekt biliklərini artırmalarının vacibliyi qeyd edilib. O, Azərbaycanda süni intellekt ekosisteminin qurulması, dövlət idarəçiliyində, iqtisadiyyatda və cəmiyyətdə tətbiqinin genişləndirilməsi istiqamətində işlər aparıldığını bildirib.
Dövlət və özəl sektorun nümayəndələrini, insan resursları mütəxəssislərini və təhsil ekspertlərini, karyera məsləhətçilərini və sahibkarları, vətəndaş cəmiyyəti təmsilçilərini, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvlərini bir araya gətirən tədbir çərçivəsində “Qlobal dəyişikliklərdən fərdi bacarıqlara” və “Dəyişiklikdən rəqabət üstünlüyünə” adlı iki panel müzakirəsi təşkil olunub.
Panellərdə yerli və xarici spikerlər tərəfindən qlobal əmək bazarının transformasiyası, təşkilatların gələcəyin insan kapitalını necə formalaşdırması, süni intellekt dövründə fərdi rəqabət üstünlüyünün əldə edilməsi, dəyişikliklərə liderlik etmək, gələcəyə hazır təşkilatların qurulması və s. mövzularda çıxışlar edilib, iştirakçıların sualları cavablandırılıb.
Sammitdə “Birlikdə qur, birlikdə yüksəl!” adlı vörkşop da təşkil olunub.
Qeyd edək ki, Gələcəyin Peşələri Sammitinin ölkəmizin regionlarında da təşkili nəzərdə tutulub.
Bakıda növbəti dəfə Gələcəyin Peşələri Sammiti keçirilib - FOTO
Sosial
Tarixçi Aydın Balayevin “Azərbaycan türkləri" əsəri Azərbaycan dilində nəşr edilib
Nazir: Minimum əməkhaqqının artırılması özəl sektorda maaş artımlarına təkan verir
Anar Əliyev: Süni intellekt daha çox ali təhsil və akademik bilik tələb edən peşələrə təsir göstərəcək
NİİM operativ nəqliyyat vasitələrinə yol verməklə bağlı sürücülərə müraciət edib
Xəbər Lenti
Bakıda Azərbaycan və Avstriya arasında siyasi məsləhətləşmələr keçirilib
Tarixçi Aydın Balayevin “Azərbaycan türkləri" əsəri Azərbaycan dilində nəşr edilib
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb - FƏRMAN
Bakıda növbəti dəfə Gələcəyin Peşələri Sammiti keçirilib - FOTO
Almaniyanın xarici işlər naziri Ermənistana gedib
Rafiq Danakari: Amaras monastırına ziyarət xüsusi əhəmiyyət daşıyır
Gəncədə yol qəzasında 4 nəfər xəsarət alıb
Moldova Rusiyaya nota verib
Sumqayıt bulvarında 20 yaşlı oğlan dənizdə batıb - VİDEO
Şençjen sammiti: Çin, ABŞ və Rusiya liderlərinin görüşü beynəlxalq münasibətlərdə dönüş yarada biləcəkmi? – TƏHLİL
Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçilib
Azərbaycan və bp enerji layihələrinin inkişaf perspektivlərini müzakirə edib
Azərbaycanla Gürcüstan arasında iqtisadi tərəfdaşlığının genişləndirilməsi müzakirə edilib
Uşakov: Putin və Tramp bu gün görüşə bilərlər
Belçika ilə Fransa Ukraynaya ilin sonunadək 12 qırıcı təyyarə verəcək
Nazir: Minimum əməkhaqqının artırılması özəl sektorda maaş artımlarına təkan verir
Ağıllı saatlara görə aksiz vergisi alınacaq
Emin Əmrullayev: İxtisas seçimində əmək bazarının tələbləri hər zaman nəzərə alınmır
Trampın Çinə səfəri başlayıb
Alban-Udi icmasının nümayəndələri Amaras monastırını ziyarət edib - FOTO
Anar Əliyev: Süni intellekt daha çox ali təhsil və akademik bilik tələb edən peşələrə təsir göstərəcək
Nazir: Sertifikasiya nəticələrinə əsasən, işdən azad edilənlərin çoxu ibtidai sinif müəllimidir
Qevorq Papoyan: Ermənistan Aİİ-ni Avropa İttifaqı ilə əvəz etməyi nəzərdən keçirmir
Sabah Bakıda 21 dərəcə isti olacaq
Emin Əmrullayev: Əsas prioritetlərdən biri ibtidai təhsilin keyfiyyətinin yüksəldilməsidir
Samuxda minik maşını aşıb, ölən və xəsarət alan var - YENİLƏNİB-1 - FOTO
Qlobal təhsil bazarında yeni süni intellekt platforması - UniDestin fəaliyyətə başladı
“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib
Təhsil müəssisələrində istilik sistemləri ilə bağlı mövcud vəziyyət açıqlanıb
Yohann Vadeful: Bakıda açıq dialoq apardıq
Rusiya ordusu Xarkov vilayətində bazara zərbə endirib, 12 nəfər yaralanıb
Əsgər ölümündə təqsirləndirilən həkim həbs olunub, 9 min manat təzminat ödəyəcək
Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur
Bakıda ödənişli hərəkət zonalarından toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Məqsədli büdcə fondları ləğv olunur, daxilolmalar dövlət büdcəsinin gəlirlərinə aid ediləcək
Baytarlıq pasportunun verilməsinə dövlət rüsumu 30 manat olacaq
Qoyun əti üzərinə nişan qoyulması üçün dövlət rüsumunun məbləği 2 dəfə azaldılır
Sahibkarlar işlənmiş məişət cihazları, mobil telefonlar və heyvan tullantılarını nağd qaydada ala biləcək
Baytarlıq şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu ləğv edilir
Azərbaycandakı diplomatik nümayəndəliklər üçün vergiylə əlaqədar yeni mexanizm təklif edilir
“ƏDV geri al” mexanizmi bütün konsert növlərini əhatə edəcək
Onlayn ticarətə dair yeni prosedur müəyyənləşir
Vergi ödəyicisi könüllü şəkildə sadələşdirilmiş vergidən gəlir (mənfəət) vergisinə keçə biləcək
İctimai iaşə fəaliyyəti göstərən vergi ödəyiciləri üçün yeni güzəşt olacaq
Ölkə daxilində yükdaşıma fəaliyyəti ilə məşğul olanlara 8% dərəcə ilə sadələşdirilmiş vergi hüququ veriləcək
“ƏDV geri al” mexanizminin əhatə dairəsi genişləndirilir
Mehmanxana (hotel) və sanatoriya fəaliyyətinə dair yeni vergi güzəşti müəyyən olunur
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bir sıra vergi güzəştlərinin müddəti uzadılır
Kiçik sahibkarlıq subyektləri üçün yeni güzəşt müəyyənləşir