Bank Of Baku

Bakıda qeydə alınan erkən nikahların sayı açıqlanıb

Mehriban Vəliyeva

© APA | Mehriban Vəliyeva

# 14 oktyabr 2022 15:13 (UTC +04:00)

“Erkən nikaha gətirib çıxaran bir sıra məsələlər var. Ailənin maddi vəziyyəti, bölgə ənənələri və digər məsələlər buna aiddir”.

APA xəbər verir ki, bunu “Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq” mövzusunda konfransda çıxışı zamanı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

O, problemin aradan qaldırılması üçün əməkdaşlığın vacibliyindən danışıb: “Bu kimi hallar aşkar olunan kimi biz dərhal həlli üçün aidiyyəti qurumlarla əməkdaşlıq edir, həlli üçün çalışırıq".

İdarə müdiri qeyd edib ki, ötən il Bakıda 11 erkən nikah qeydə alınıb. Bu nikahlardan 6-sı Qaradağ, 3-ü Xəzər, 1-i Nərimanov, 1-i isə Nəsimi rayonunda olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR