Bank Of Baku

Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edilib

Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edilib
# 20 oktyabr 2024 15:00 (UTC +04:00)

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edilib.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, oktyabrın 21-22-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.

Sarı xəbərdarlığa uyğun olaraq Gəncə, Goranboy, Naftalan, Daşkəsən, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Qobustan, Neftçala, Lənkəran, Lerik, Yardımlı, Astarada fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR