Bank Of Baku

Ballıca sakini: Xocalını tərk edəndə körpə olmuşam, bu gün yurduma övladlarımla qayıdıram

Ballıca sakini: Xocalını tərk edəndə körpə olmuşam, bu gün yurduma övladlarımla qayıdıram
# 24 fevral 2025 12:40 (UTC +04:00)

"Ailəmiz Xocalını tərk edəndə mən altı aylıq körpə olmuşam. Bu gün doğma yurduma övladlarımla qayıdıram. Bu, çox qürurlu hissdir”.

Bunu APA-ya bu gün Ballıcaya köçən sakin Göyçək Rüstəmova bildirib.

Babası və bir neçə qohumu Xocalıda ermənilər tərəfindən qətlə yetirilən Göyçək Rüstəmova indiyədək Gəncə şəhərində yaşadığını deyib: “Heç vaxt ümidimizi itirmədik. Dönəcəyimizə inanırdım. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bütün qazilərimizə, o cümlədən qardaşıma can sağlığı arzulayıram. Allah dövlətimizi, Prezidentimizi qorusun".

Xatırladaq ki, bu gün Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR