“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Baş Prokurorluq üzrə təsdiq edilmiş Tədbirlər Planı”nın 13-cü bəndinə əsasən maarifləndirmə məqsədilə narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə üzrə tədbirlər görülməsi barədə tapşırığın icrası davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya bildirilib ki, bu məqsədlə idarə Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsi tərəfindən “Narkotiklərə yox de” adlı buklet hazırlanıb.
Bukletdə narkotik vasitələrdən istifadənin fəsadları, narkotik vasitələrdən qanunsuz istifadəyə görə məsuliyyət barədə qanunvericiliyin müddəalarının qısa izahı və digər maarifləndirici məlumatlar əks olunub.
Eyni zamanda, idarənin təklifləri nəzərə alınmaqla “Narkotiklərə Yox De”adlı bukletin məzmununun Dənizkənarı Bulvar İdarəsi tərəfindən Milli Parkın ərazisində 8 istiqamətdə əhalinin ən çox hərəkətdə olduğu yerlərdə reklam lövhələrində (bildordlarda) ilkin olaraq iki ay müddətinə yerləşdirilməsi təmin edilib.