Bank Of Baku

Bələdiyyə seçkilərində polisin xidməti fəaliyyətinə həsr olunan regional seminar-müşavirələrə başlanılıb

Bələdiyyə seçkilərində polisin xidməti fəaliyyətinə həsr olunan regional seminar-müşavirələrə başlanılıb
# 14 yanvar 2025 11:22 (UTC +04:00)

Bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının Daxili İşlər Nazirliyi ilə birgə layihəsi çərçivəsində regional seminar-müşavirələrə start verilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən APA-ya verilən xəbərə görə, ilk tədbir Mərkəzi Seçki Komissiyası və Daxili İşlər Nazirliyi təmsilçilərinin iştirakı ilə yanvarın 14-də Bakı şəhər Baş Polis İdarəsində təşkil olunub.

Polisin xidməti fəaliyyətinə həsr edilən sözügedən layihə bələdiyyə seçkiləri keçirilən seçki dairələri dairə seçki komissiyalarının sədrlərini və polis orqanlarının nümayəndələrini əhatə edir.

Seminar-müşavirələr zamanı Mərkəzi Seçki Komissiyasının üzvləri, Komissiya Katibliyinin əməkdaşları və Daxili İşlər Nazirliyinin aidiyyəti qurumlarının nümayəndələrinin təqdimatında bələdiyyə seçkilərinə hazırlıq mərhələsi, seçkiqabağı təşviqat dövrü, o cümlədən səsvermə günü və ondan sonrakı proseslərdə polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş rol və vəzifələrinə dair çıxışlar dinləniləcək, fikir mübadiləsi və müzakirələr aparılacaq.

Qurumlararası sıx əməkdaşlıq sayəsində ərsəyə gələn layihə növbəti mərhələdə yanvarın 16-da Gəncədə, yanvarın 17-də Şəkidə, yanvarın 18-də Şirvanda və yanvarın 21-də Naxçıvanda regionlar üzrə dairə seçki komissiyalarının sədrləri və polis orqanları nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Məlumat üçün qeyd etmək lazımdır ki, bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə birgə “Polis əməkdaşları üçün yaddaş kitabçası” da hazırlayıb və aidiyyəti üzrə çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR