Birinci Qarabağ müharibəsində itkin düşən, 30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Lerikdə dəfn olunub - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşən, 30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Lerikdə dəfn olunub - FOTO
# 22 may 2024 15:16 (UTC +04:00)

Birinci Qarabağ müharibəsində itkin düşən, 30 ildən sonra kimliyi müəyyən edilən şəhid Zahid Ziyad oğlu Abbasovun qalıqları dəfn edilib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Zahid Ziyad oğlu Abbasovun qalıqları ailəsinə təhvil verilib.

Şəhidlə, Lerik rayonunun Laman kəndində vida mərasimi keçirilib. Vida mərasimində şəhidin yaxınları, kənd sakinləri, rayonun rəhbər şəxsləri, şəhid ailələri, qazi və veteranlar iştirak edib.

Şəhidin qalıqları hərbi orkestrin müşayiəti ilə Laman kənd qəbiristanlığında torpağa tapşırılıb, yaylım atəşi açılıb.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşən Zahid Ziyad oğlu Abbasovun Gəncədəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

Zahid Abbasov 1993-cü ildə həqiqi hərbi xidmətə yola düşüb. Kəlbəcərdə, Murovdağ silsiləsində döyüşən Zahid Abbasovun o istiqamətdə itkin düşdüyü bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR