Bank Of Baku

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 31 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Şəkidə dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 31 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Şəkidə dəfn olunub
# 01 noyabr 2024 14:52 (UTC +04:00)

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 31 il sonra kimliyi müəyyən edilən şəhid Şahid Sabir oğlu Məmmədovun qalıqları Şəkidə dəfn olunub.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Şahid Məmmədovun qalıqları Şəki rayonu Orta Zəyzid kənd qəbirsanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində rayon rəhbərliyi, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri və şəhidin yaxınları iştirak edib.

Qeyd edək ki, Şahid Məmmədov 1974-ci ildə Şəki rayonu Orta Zəyzid kəndində dünyaya gəlib. 1992-cü ilin dekabr ayında həqiqi hərbi xidmətə gedib. 1993-cü ilin fevral ayında Ağdərə rayonu Mehmana kəndində gedən döyüşlərdə itkin düşüb. Şahid Məmmədovun qalıqları Ağdərə rayonunun Mehmana kəndi ərazisində tapılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR