Birinci Qarabağ müharibəsində itkin düşmüş, taleləri barədə hələ də məlumat olmayan şəxslərin ailə üzvlərindən ibarət bir qrupun işğaldan azad edilmiş ərazilərə səfəri təşkil edilib.
APA-nın yerli bürosu xəbər verir ki, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin xətti ilə 40 nəfərlik heyət Ağdam-Xocalı-Xankəndi-Şuşa marşrutu üzrə hərəkət edib.
Nümayəndə heyəti Ağdam Şəhidlər xiyabanında düşmən tərəfindən dağıdılmış məzarları ziyarət edib. Daha sonra Xocalı Şəhidlər xiyabanında olub, şəhidlərin ruhuna dualar oxuyublar.
Heyət Xankəndi şəhərində də olub. Daha sonra Şuşa şəhərində Yuxarı Gövhər Ağa məscidi ziyarət edilib.