Bank Of Baku

Birinci Qarabağ müharibəsində şəhid olan Elman Çıraqovun qalıqları Şirvanda dəfn olunub - FOTO

Birinci Qarabağ müharibəsində şəhid olan Elman Çıraqovun qalıqları Şirvanda dəfn olunub - FOTO
# 05 iyun 2024 19:07 (UTC +04:00)

Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, 32 ildən sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Çıraqov Elman Almaz oğlunun qalıqları ailəsinə təhvil verilib.

APA-nın Mil-Muğan bürosu xəbər verir ki, şəhid Elman Çıraqovla Şirvan şəhərində vida mərasimi keçirilib.

Daha sonra şəhidin qalıqları Şirvan Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində Şirvan şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərliyi, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştrak edib.

Çıraqov Elman Almaz oğlu 1992-ci ilin sentyabrında Ağdərədə gedən döyüşlərdə şəhid olub.

Onun Tərtərdəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR