Birinci Qarabağ müharibəsində şəhid olan İlqar Rəhimovun qalıqları Göyçayda dəfn olunub - FOTO

Birinci Qarabağ müharibəsində şəhid olan İlqar Rəhimovun qalıqları Göyçayda dəfn olunub - FOTO
# 24 may 2024 13:40 (UTC +04:00)

Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, 30 il sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Rəhimov İlqar Şaiq oğlunun qalıqları Göyçay rayonun Müskürlü kəndinə gətirilib.

APA-nin Şirvan bürosu xəbər verir ki, kənddə şəhidlə vida mərasimi təşkil olunub.

Daha sonra şəhidin qalıqları kənd qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində iştirak edən Rəhimov İlqar Şaiq oğlunun 1994-cü ildə Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşdüyü ehtimal olunub. Gəncədəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR