Bank Of Baku

BP-nin regional prezidenti: "Xəzər regionu alternativ enerji mənbələri ilə də zəngindir"

BP-nin regional prezidenti: "Xəzər regionu alternativ enerji mənbələri ilə də zəngindir"
# 02 iyun 2022 16:29 (UTC +04:00)

Xəzər regionu böyük enerji resurslarına malikdir və bu böyük perspektivlər açır.

"APA-Economics" xəbər verir ki, bu barədə Baki Enerji Forumunda çıxış edərkən BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qari Counz bildirib.

Onun sözlərinə görə, Xəzər regionu neft və qaz resursları ilə yanaşı, alternativ enerji mənbələri ilə də zəngindir.

Qari Counz onu da əlavə edib ki, neft və qaz yataqlarının işlənilmasi davam etdirilir, lakin karbonsuzlaşdırma məsələsi də öz aktuallığını qoruyub saxlayır.

Regional Prezident xatırladıb ki, hazırda Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənilməsi çərçivəsində ACE platformasının tikintisi həyata keçirilir və 2023 ilin axırında burada hasilata başlanılacaq.

Qari Counz vurğulayıb ki, ACE platforması yüksəktexnoloji və aşağı karbonlu olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR