Bank Of Baku

BŞİH Nazirlər Kabinetinin qarşısında aksiyaya razılıq verməyib

BŞİH Nazirlər Kabinetinin qarşısında aksiyaya razılıq verməyib
# 08 iyul 2022 11:38 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Nazirlər Kabinetinin qarşısında aksiya keçirilməsinə razılıq verməyib.

APA xəbər verir ki, bu gün BŞİH-dən müraciətə cavab olaraq bildirilib ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun 5-ci maddəsinin 1-ci hissəsinə əsasən, toplantının keçirilməsi barədə müraciət 5 iş günü əvvəl edilməlidir.

Bu tələb pozulduğuna görə aksiyanın keçirilməsinə razılıq verilməyib.

Xatırladaq ki, iyulun 13-də bir qrup şəxs ölkənin quru sərhədlərinin açılması tələbi ilə Nazirlər Kabinetinin qarşısında aksiya keçirmək barədə çağırış edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR