BŞTİ: 53 nömrəli məktəbdə uşaqlar arasındakı mübahisə məsələsi nəzarətdədir

BŞTİ: 53 nömrəli məktəbdə uşaqlar arasındakı mübahisə məsələsi nəzarətdədir
# 21 fevral 2024 15:38 (UTC +04:00)

53 nömrəli tam orta məktəbdə qısnamaya məruz qaldığı iddia olunan uşaq 2023-cü ilin sentyabrından VII sinfin şagird kontingentinə daxil olub. Uşaqlar arasında mübahisə yaranması ilə bağlı məsələ məktəb rəhbərliyinin nəzarətindədir.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq məlumat verilib. Bildirilib ki, uşağın nənəsinin müraciətləri nəzərə alınaraq dərs ilinin əvvəlində direktorun iştirakı ilə həmin sinfin valideyn iclası da çağırılıb:

"İclasda sinifdə ciddi problem olmadığı və şagirdin sinfə adaptasiya baxımından çatinlik yaşadığı məlum olub. Bundan sonra şagirdə məktəb psixoloqu və müəllimlərin dəstək tədbirləri artırılıb. Sinif rəhbəri də 2023-cü ilin noyabr ayında daha təcrübəli müəllimlə əvəz edilib".

"Məktəb “Məktəblinin dostu” və “Şagird davranış qaydaları” layihələrinə qoşulub. Məktəbdə sağlam təhsil mühitinin qorunması üçün hər iki layihə çərçivəsində müvafiq tədbirlər həyata keçirilməkdədir", - deyə məlumatda qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR