Bank Of Baku

Bu gün Aktaudan gətirilən üç yaralının vəziyyəti açıqlanıb

Bu gün Aktaudan gətirilən üç yaralının vəziyyəti açıqlanıb
# 30 dekabr 2024 23:05 (UTC +04:00)

Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan və Qazaxıstanda 6 gün ərzində reanimasiya şöbəsində müalicə olunan 3 Azərbaycan vətəndaşı təcili tibbi yardım briqadası tərəfindən Yeni Klinikaya təxliyə olunub.

APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, Səhiyyə naziri Teymur Musayev və TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov xəsarət alan vətəndaşlarımızı ziyarət edib, onların səhhəti ilə maraqlanıb.

Hazırda ixtisaslı həkimlər tərəfindən instrumental-diaqnostik muayinələr aparılır, vəziyyətlərinə uyğun olaraq müaviq şöbələrə yerləşdirilməsi təmin olunacaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR